Modern.az

FIFA-dan "Səbail"ə transfer qadağası

FIFA-dan "Səbail"ə transfer qadağası

İdman

17 İyul 2026, 17:36

Azərbaycan I Liqa təmsilçisi "Səbail" klubuna transfer qadağası qoyulub.

Modern.az İdmanxeber.az-a istinadən xəbər verir ki, buna səbəb "dənizçilər"in futbolçusu Mustafa Yakubuya qarşı maliyyə öhdəliyini yerinə yetirə bilməməsidir. Problemi həll edilməyən oyunçu FIFA-ya müraciət edib.

Ali futbol qurumu Yakubunun şikayətini araşdırdıqdan sonra onu haqlı sayıb və "Səbail"ə transfer cəzası verib. "Dənizçilər" bu müddətdə bir neçə yeni futbolçunun keçidini açıqlasalar da, cəza səbəbindən onları qeydiyyatdan keçirə bilməyiblər.

Yeni rəhbərliklə növbəti mövsümdə iddialı olması gözlənən klub Mustafa Yakubuya qarşı öhdəliyini yerinə yetirə bilməsə, çətin vəziyyətdə qalacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi