Modern.az

Boksçularımızdan Gürcüstanda 13 medal

Boksçularımızdan Gürcüstanda 13 medal

İdman

18 İyul 2026, 22:06

Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular (U-17) arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.

Modern.az xəbər verir ki, beş ölkənin iştirak etdiyi yarışda Azərbaycan millisi uğurlu çıxış edərək ümumilikdə 13 medal qazanıb. Komandamızın hesabında 5 qızıl, 6 gümüş və 2 bürünc medal var.

Bütün görüşlərini qələbə ilə başa vuran Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Əli Abaslı (60 kq), Yusif Həsənli (66 kq) və Şükar Əliyev (80 kq) turnirin qalibi olaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Vaqif Məhəmmədli (50 kq), Qardaş Rəhimov (54 kq), Əli Camalzadə (57 kq), Yusif Ağakişiyev (75 kq), Saleh Fərəcov (80 kq) və Mehran Rəsulov (+80 kq) gümüş medala sahib olublar. Aydın Şahbazov (46 kq) və Sabir Rüstəmov (60 kq) isə yarışı bürünc medalla başa vurublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?