Modern.az

Messi karyerasını başa vurdu

Messi karyerasını başa vurdu

İdman

Bu gün, 10:22

Argentina millisinin kapitanı Lionel Messi yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə jurnalist Ernan Kastilyo "X" sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, 39 yaşlı hücumçu DÇ-2026-nın finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra paltardəyişmə otağında komanda yoldaşlarına bunun millidə son oyunu olduğunu bildirib.

Hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Messi Avropa karyerası ərzində İspaniyanın "Barselona" və Fransanın PSJ klublarının formasını geyinib.

Lionel Messi Argentina millisinin heyətində dünya çempionu (2022), ikiqat Amerika Kubokunun (2021, 2024) və Finalissima (2022) qalibi olub. O, həmçinin 8 dəfə "Qızıl top" mükafatını qazanaraq bu göstərici üzrə rekordçudur.

Qeyd edək ki, Lionel Messinin millidən ayrılması ilə bağlı məlumat hələlik Argentina Futbol Assosiasiyası və futbolçunun özü tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR