Modern.az

"Qarabağ"ın heyətinə dəyişiklik edildi

"Qarabağ"ın heyətinə dəyişiklik edildi

İdman

Bu gün, 13:30

"Qarabağ" Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA (Bolqarıstan) ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Modern.az xəbər verir ki, "Vestri" (İslandiya) matçda olduğu kimi Joni Montiel və Jeremi Qnali yenə heyətdə yer almayıb. Bundan başqa budəfəki oyunlar üçün müdafiəçi Dani Bolt iştirak ərizəsindən çıxarılıb, onun əvəzinə isə legioner qismində yeni qapıçı Martin Zlomisliç heyətə daxil edilib.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Teymur Həsənov, Dominik Zlomisliç, Bilal Hacıyev, Mateuş Koxalski.

Müdafiəçilər: Mateus Silva, Bense Varkonyi, Bruno Lanqa, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov.

Yarımmüdafiəçilər: Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir, Kadi Borges, Aleksey Kaşuk, Cebrail Makreckis, Hikmət Cəbrayılzadə, Pedro Bikalyo, Əli Bəşirov, Samuel Lobato.

Hücumçular: Zakaria Savo, Musa Qurbanlı, Renaldo Sepas

Xatırladaq ki, "Qarabağ"ka ÇSKA arasında ilk oyun iyulun 23-də Bakıda, cavab matçı iyulun 30-da Sofiyada keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR