Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni klubu “Rakuv”da (Polşa) debüt oyununda qol hesabını açıb.
Modern.az xəbər verir ki, hücumçu Konfrans Liqasının II təsnifat mərhələsində Maltanın “Valletta” komandası ilə keçirilən ilk görüşdə fərqlənib. O, 53-cü dəqiqədə komandasının ilk qoluna imza atıb.
Görüş isə Çenstoxova təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.