Modern.az

Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi - FOTOLAR

Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi - FOTOLAR

İdman

25 İyul 2026, 20:45

Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli çıxışında ölkəmizin bu yarışa ikinci dəfə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. O bildirib ki, turnir yeniyetmə cüdoçular üçün beynəlxalq təcrübə qazanmaq, müxtəlif cüdo məktəblərinin nümayəndələri ilə qüvvələrini sınamaq və yeni dostluqlar qurmaq baxımından mühüm əhəmiyyət daşıyır. Elnur Məmmədli, həmçinin göstərilən etimada görə Avropa Cüdo Birliyinə təşəkkürünü bildirib.

Avropa Cüdo Birliyinin (EJU) baş idman komissarı Sergey Oleynik isə EJU prezidenti Laslo Totun adından iştirakçıları salamlayıb. O, Azərbaycanda yaradılan yüksək təşkilatçılıq və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, turnirin keçirilməsində əməyi olan bütün komanda üzvlərinə minnətdarlığını çatdırıb.

Rəsmi çıxışlardan sonra Avropa Cüdo Ümidləri Turniri açıq elan olunub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi