Bu gün futbol azarkeşlərin böyük maraqla gözlədiyi bir sıra qarşılaşmalar keçiriləcək.
Modern.az xəbər verir ki, Azərbaycanın "Sabah" klubu Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Komandamız Finlandiyada yerli "KuPS"un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bu iyun İctimai Televizyada canlı yayımlanacaq.
Xatırladaq ki, bu komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.
28 iyul
Çempionlar Liqası
19:00. "KuPS" – "Sabah" (İctimai TV)