Modern.az

Millimizin futbolçusu Macarıstan klubuna keçdi

Millimizin futbolçusu Macarıstan klubuna keçdi

İdman

29 İyul 2026, 17:34

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev karyerasını Macarıstanda davam etdirəcək.

Modern.az xəbər verir ki, futbolçu “Kişvarda” komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.

Yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Anatoli Nuriyev son olaraq “Zirə”də çıxış edib. O, Azərbaycanda “Sabah” klubunun da formasını geyinib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib