Modern.az

"Sabah"ın Çempionlar Liqasındakı oyun saatı məlum oldu

"Sabah"ın Çempionlar Liqasındakı oyun saatı məlum oldu

İdman

Bu gün, 14:52

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" (Azərbaycan) qarşılaşmasının saatı müəyyənləşib.

Modern.az xəbər verir ki, matç avqustun 5-i, Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

Bu komandaların cavab oyunu isə avqustun 11-də Bakıda keçiriləcək. Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq cavab matçı saat 20:00-da başlayacaq.

Yeri gəlmişkən, Bakıdakı görüşün baş hakimi Joau Pineyru olacaq. Ona yan xətt hakimləri Lusianu Mayya və Uqu Markeş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabiu Verissimo yerinə yetirəcək.

Baş hakim Joau Pineyru ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilmiş son dünya çempionatında üç oyunu idarə edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada