Modern.az

"Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı

"Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı

İdman

30 İyul 2026, 22:00

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Zirə" "Payde" (Estoniya) ilə qarşılaşıb.

Modern.az-ın məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda hesab bərabər olub - 1:1.

Azərbaycan klubunun heyətində 5-ci dəqiqədə Eren Aydın hesabı açıb. Qonaq komanda 71-ci dəqiqədə Henri Anierin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.

İlk matçda "Payde" doğma meydanda 1:0 hesablı qələbə qazandığı üçün bərabərlik Estoniya təmsilçisini növbəti mərhələyə çıxarıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?