Modern.az

“Neftçi” Konfrans Liqasında mübarizəni dayandırdı

“Neftçi” Konfrans Liqasında mübarizəni dayandırdı

İdman

30 İyul 2026, 23:12

“Neftçi” UEFA Konfrans Liqası ilə vidalaşıb.

Modern.az xəbər verir ki, Bakı təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda Belarusun “Dinamo” (Minsk) klubu ilə Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe” stadionunda üz-üzə gəlib.

Yuri Vernidubun baş məşqçisi olduğu komanda görüşdə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 13-cü dəqiqədə Breno Almeyda vurub.

Görüşün 90+2-ci dəqiqəsində “Neftçi” azlıqda qalıb. Komandanın müdafiəçisi Falaye Sako birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Lakin “ağ-qaralar” ilk oyunda 2:4 hesabı ilə məğlub olduğu üçün iki oyunun nəticəsinə əsasən 3:4 hesabı ilə rəqibinə uduzaraq UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada