Modern.az

Dünya çempionatı: İbrahim Həsənov FİNALDA 

Dünya çempionatı: İbrahim Həsənov FİNALDA 

İdman

Bu gün, 18:39

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının finalına vəsiqə qazanıb.

Modern.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda rusiyalı İslam Kuraxmayevi 10:6 hesabı ilə məğlub edib.

O, avqustun 2-də qızıl medal uğrunda yarışda iranlı Benyamin Aşoften Mayvanla üz-üzə gələcək.

Qeyd edək ki, İ.Həsənov daha əvvəl 1/4 finalda hindistanlı Qovind Qovindi 10:3, 1/8 finalda isə gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə məğlub etmişdi.

Xatırladaq ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var