Modern.az

“Səbail” yeni mövsüm üçün dörd legioner transfer etdi - FOTO

“Səbail” yeni mövsüm üçün dörd legioner transfer etdi - FOTO

İdman

Bu gün, 14:02

“Səbail” 2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirir.

Modern.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klub 4 əcnəbi futbolçu ilə rəsmi müqavilə imzalayıb. Braziliyanın “Ferroviario” klubunda çıxış etmiş 30 yaşlı hücumçu Felipe Hulkla 1+1 illik müqavilə imzalanıb. O, yeni mövsümdə “Səbail”in heyətində 99 nömrəli forma ilə çıxış edəcək.

Həmçinin digər yeni transfer Portuqaliyanın “Braqa” klubunun yetirməsi Yan Saiddir. 23 yaşlı mərkəz hücumçusu “Braqa B”nin heyətində 79 oyuna çıxıb və 15 qol vurub. O, “Səbail”də 9 nömrəli formanı geyinəcək.

“Səbail” daha bir hücumçunu heyətinə qatıb. Son olaraq Lüksemburqun “Düdelanj” klubunda çıxış etmiş 26 yaşlı Aldo Josue Qomes Soares (Dinho) ilə də müqavilə imzalanıb. O, ötən mövsüm “Düdelanj”ın heyətində 22 oyunda 7 qol vurub. Futbolçu yeni komandasında 80 nömrəli forma ilə çıxış edəcək.

Bakı klubunun digər yeni transferi isə ötən mövsümü “Şahdağ Qusar”da keçirən 23 yaşlı Peter Agblevordur. Onunla 1+1 illik müqavilə imzalanıb. Agblevor yeni mövsümdə “Səbail”in heyətində 22 nömrəli formanı geyinəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada