Modern.az

"Arsenal" "Tottenhem"in kapitanı ilə maraqlanır 

"Arsenal" "Tottenhem"in kapitanı ilə maraqlanır 

İdman

Bu gün, 17:24

"Tottenhem"ın kapitanı Kristian Romero yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Modern.az  "The Sun"a istinadən xəbər verir ki, 28 yaşlı argentinalı müdafiəçi ilə "Arsenal" maraqlanır.

Romero London klubuna keçidə müsbət yanaşır. Lakin "Tottenhem" rəhbərliyi kapitanını prinsipial rəqibinə satmağı planlaşdırmır.

Futbolçunun bazar dəyəri 50 milyon avro kimi qiymətləndirilir.

Qeyd edək ki, Romero ötən mövsüm Premyer Liqada 23 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında 8 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Sizə yeni x var
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada