Modern.az

Cüdoçularımızdan Avropa Kubokunda 7 medal

Cüdoçularımızdan Avropa Kubokunda 7 medal

İdman

9 Avqust 2026, 22:26

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Bu barədə Modern.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, milli komanda turnirin son günündə 2 qızıl və 4 bürünc medal qazanıb.

Belə ki, Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar.

Nərgiz Əhmədova və Gülgəz Musayeva (hər ikisi -48 kq), Aytən Verdiyeva (-57 kq) və Canpolad Əliyev (-100 kq) isə bürünc medal əldə ediblər.

Xatırladaq ki, yarışın ilk günündə Nilgün Rzayeva (-63 kq) da bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan yığması 2 qızıl və 5 bürünc olmaqla ümumilikdə 7 medalla 33 ölkənin qatıldığı Avropa Kubokunu komanda hesabında üçüncü pillədə başa vurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada