Modern.az

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

İdman

12 Avqust 2026, 01:02

"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Modern.az-ın məlumatına görə, "bayquşlar" bu raundda "Hapoel" (İsrail, Beer-Şeva) komandası ilə üz-üzə gələcək.

İsrail təmsilçisi IIl təsnifat mərhələsinin hər iki oyununda "Srvena Zvezda" (Serbiya) komandasına qalib gələrək (1:0, 2:0) rəqibini mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ruslardan 5 ölkəyə "HÜCUM": Siyahıda Azərbaycan da var