Modern.az

Ronaldo 10 illik nişanlısı ilə ilə rəsmən evləndi

Ronaldo 10 illik nişanlısı ilə ilə rəsmən evləndi

İdman

Bu gün, 09:35

Beşqat "Qızıl top" mükafatı sahibi, portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo model Cocrina Rodriges ilə ailə həyatı qurub.

Modern.az xəbər verir ki, Ronaldo toy atributları olan fotosunu sosial şəbəkələrdə paylaşsa da, təfərrüatları açıqlamayıb.

Nikahdan əvvəl Cocrina 10 ildən çox idi ki, "nişanlı" statusunda idi. Bu müddət ərzində onların iki ortaq övladı dünyaya gəlib: qızları Alana Martina 2017-ci ilin noyabrında, Bella Esmeralda isə 2022-ci ilin aprelində doğulub. Onlar həmçinin Ronaldonun digər üç övladını — kiçik Kriştianunu və əkizlər Eva ilə Mateonu da birlikdə böyüdürlər.

Əvvəllər Ronaldo jurnalist Pirs Morqana verdiyi müsahibədə toyun 2026-cı il dünya çempionatından sonra və Səudiyyə Ərəbistanı çempionatının yeni mövsümü başlamazdan əvvəl baş tutacağını bildirmişdi. Onun sözlərinə görə, mərasimin dar çərçivədə keçirilməsi planlaşdırılırdı, çünki Rodriges dəbdəbəli təntənələri sevmir.

Ronaldonun 41, Rodrigesin isə 32 yaşı var. Cütlük 2016-cı ildən birlikdədir, 2025-ci ilin avqustunda isə futbolçu sevgilisinə evlilik təklifi edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...