Modern.az

İranın qız idmançılarının geyimi gündəm olub

İranın qız idmançılarının geyimi gündəm olub

İdman

Bu gün, 12:59

İranın qızlardan və oğlanlardan ibarət gənclərdən təşkil olunmuş ağır atletika komandaları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Asiya Gənclər Ağır Atletika Çempionatında komanda hesabında ikinci yeri tutublar.

Modern.az xəbər verir ki, İranın qızlardan ibarət komandası 534 xalla Asiya çempionatının gümüş medalını qazanıb. Qazaxıstan 551 xalla birinci, ev sahibi Özbəkistan isə 514 xalla üçüncü olub.

İranlı qızlar turniri ümumilikdə 6 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurublar.

Oğlanlardan ibarət İran komandası da komanda hesabında ikinci yeri tutub. Daşkənddə bir atlet az heyətlə çıxış etməsinə baxmayaraq, İran 530 xal toplayaraq yalnız ev sahibi Özbəkistandan geri qalıb. Özbəkistan 553 xalla birinci, Qazaxıstan isə 506 xalla üçüncü olub.

İranın oğlanlardan ibarət komandası yarışda 9 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Yeri gəlmişkən, iranlı qızlaraın geyimi xarici medianın gündəmi olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada etirazlar başladı! Kreml təhqirə keçdi - Axmaqlar...