Modern.az

Bakının yeni Baş Planı 3 mərhələdə icra olunacaq  

Bakının yeni Baş Planı 3 mərhələdə icra olunacaq   

İqtisadiyyat

3 Oktyabr 2017, 09:08

““Böyük Bakının Regional İnkişaf Planı” 2030-cu ilə qədər olan dövrü əhatə edir”.

 

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar Bayramov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

 

A.Bayramov qeyd edib ki, “Böyük Bakının Regional İnkişaf Planı”nın işlənməsi 2014-cü ildə başa çatdırılıb:

“Respublikanın aidiyyatı dövlət orqanları ilə razılaşdırıldıqdan sonra geniş ictimai müzakirəyə çıxarılıb və təqdimatı keçirilib. Komitənin 2 dekabr 2014-cü il tarixli 02/03-1399 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub”.


A.Bayramov “Böyük Bakının Regional İnkişaf Planı”nın istinad ilinin 2013-cü il olmaqla 2030-cu ilə qədər olan dövrü əhatə etdiyini söyləyib:


“2015-ci ilə qədərki dövr hazırlıq mərhələsi olaraq qəbul edilib. Bu dövrdən sonrakı müddət isə 5illik intervalla üç ardıcıl mərhələyə bölünüb”.

Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. 


Xatırladaq ki, 2016-cı il dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş Plan” layihəsinin müzakirəsi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin bununla əlaqədar yaydığı açıqlamada bildirilirdi ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb. Bu səbəbdən də Baş Plan yenidən hazırlanıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir