Modern.az

Gəncədə “Baku Bus” qəza törətdi

Gəncədə “Baku Bus” qəza törətdi

Ölkə

Bu gün, 14:15

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin F. X. Xoyski ilə Rüzügar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən “Baku Bus”a məxsus avtobus “KİA” markalı maşınla toqquşub.

Sərnişin avtobusu daha sonra ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyata ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir