Modern.az

Yol nişanlarında “Stop”u “Toxta” ilə əvəzləyək - Deputat

Yol nişanlarında “Stop”u “Toxta” ilə əvəzləyək - Deputat

Ölkə

Bu gün, 13:31

Milli Məclisin deputatı Hikmət Babaoğlu yol nişanlarındakı “Stop” sözünün Azərbaycan dilindəki qarşılığı ilə əvəzlənməsini təklif edib.

Modern.az Bizim.media-ya istinadən xəbər verir ki, deputat AMEA-nın Dilçilik İnstitutunun Azərbaycan sözlərinin gündəlik istifadəyə daxil edilməsi ilə bağlı daha fəal təkliflər hazırlamasının vacibliyini bildirib.

O, nümunə kimi yol nişanlarını göstərərək “Stop” əvəzinə “Dur” və ya “Toxta” sözlərindən istifadənin məqsədəuyğun olduğunu deyib.

H.Babaoğlunun fikrincə, “Dur” sözü sərt əmr formasını ifadə edir və hərəkətin sonrakı davamını əks etdirmir. Deputat “Toxta” sözünün isə daha geniş məna daşıdığını, qısa müddət dayanmağı, nəfəs dərməyi və sonra yola davam etməyi nəzərdə tutduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir