Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının tədarükü baş tutub.
Modern.az xəbər verir ki, 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Belə ki, yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.