Modern.az

Maaşınızı seçdiyiniz bankdan ala biləcəksiniz - RƏSMİ AÇIQLAMA

Maaşınızı seçdiyiniz bankdan ala biləcəksiniz - RƏSMİ AÇIQLAMA

İqtisadiyyat

Bu gün, 13:44

Azərbaycan Mərkəzi Bankı yaxın aylarda bank sektorunda əmək bürokratizasiyası həyata keçirməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. O, bankların xərclərinin artmasına diqqət yönəldib.

"Bir tərəfdən son illər inflyasiya yüksək olub, digər tərəfdən isə bu sektorda dayanıqlılığın təmin edilməsi üçün əlavə tələblər qoymuşuq. Həmçinin dövlətin tənzimlədiyi qiymətlərin artımı bankların xərclərinə təsir edir. Üstəlik rəqabət güclüdür, bu da faizlərə təsirini göstərəcək".

Taleh Kazımov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müvafiq inteqrasiyaları həyata keçirərək, həm dövlət, həm özəl sektorda çalışan şəxslər istədiyi bankdan maaşını ala bilməsi üçün işlər aparıldığını deyib.

"Növbəti mərhələdə bu pensiyaçılara da aid olacaq, xüsusilə Bakı şəhərini və Abşeron rayonunu əhatə edəcək. Ümumilikdə biz bu prosesi vətəndaş üçün çox sadə etmək istəyirik. Odur ki, həm İT infrastrukturu, həm də proqram təminatı nöqtəyi-nəzərdən işlər görülməlidir. Yəqin ki, 3-4 aya biz buna nail olacağıq", - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV