Modern.az

Ölkənin valyuta ehtiyatları 38 aylıq idxala yetir

Ölkənin valyuta ehtiyatları 38 aylıq idxala yetir

İqtisadiyyat

6 May 2026, 11:20

Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin 38 aylıq mal və xidmət idxalını qarşılamaq imkanına malikdir.

Modern.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib. 

O qeyd edib ki, ölkənin valyuta gəlirlərinin olmadığı şəraitdə belə, mövcud strateji ehtiyatlar idxalın uzunmüddətli maliyyələşdirilməsini təmin edir.

“Strateji valyuta ehtiyatları geniş manat kütləsini 3,7 dəfə üstələyir. Bu göstəricinin ölkədə manata olan ümumi tələbin əsas indikatorlarından biridir”.

Sədr eyni zamanda valyuta bazarındakı vəziyyətə də toxunub:

“Hazırda bazarda valyuta təklifi tələbi əhəmiyyətli dərəcədə üstələyir”.

T.Kazımov onu da əlavə edib ki, son iki ay ərzində valyuta satışına ehtiyac yaranmayıb. 

“Buna səbəb isə bazarda təklifin tələbi kəskin şəkildə üstələməsi olub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV