Ötən illə müqayisədə orta göstərici 1-2 bal aşağı düşüb.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Asan TV”ə müsahibəsində bildirib.
Dim sədri qeyd edib ki, Naxçıvanda keçirilən buraxılış imtahanlarının nəticələri açıqlandıqdan sonra orta bal yüksələ bilər.
M. Abbaszadə vurğulayıb ki, nəticələrin necə olacağı 2 il əvvəldən onlara məlum olur.
“Hazırkı nəticələr faktiki olaraq gözlənilirdi. Çünki 11-ci sinif buraxılış imtahanı verən abituriyentlərin nəticələri 9-cu sinif imtahanları ilə oxşardır. Onlar maksimum 20-40 faiz ballarını artıra bilirlər”.