Modern.az

Metroda yeni rəis TƏYİNATLARI

Metroda yeni rəis TƏYİNATLARI

Aktual

Bu gün, 13:12

“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.

Modern.az xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.

Belə ki, Sevinc Hacızadə QSC-nin Strateji İnkişaf Departamentinin Layihə İdarəedilməsi şöbəsinin rəisi, Orxan Mustafayev isə Elektrik təchizatı xidmətinin elektrik mühafizəsi və avtoteleidarəetmə distansiyasının rəisi vəzifəsinə təyin edilib.

Məlumat “Bakı Metropoliteni” QSC-dən təsdiqlənib.

Qeyd edək ki, bu təyinatadək S.Hacızadə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də bölmə müdiri, O.Mustafayev isə Sumqayıt Texnologiyalar Data Mərkəzində Energetika şöbəsinin müdiri vəzifəsində çalışıb. (İqtisadiyyat.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV