Modern.az

Mərkəzi Bankın ehtiyatları 13 mlrd. dollara çatır

Mərkəzi Bankın ehtiyatları 13 mlrd. dollara çatır

İqtisadiyyat

Bu gün, 10:08

Cari ilin 4 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10.2% artaraq 12.7 mlrd. ABŞ dollarına çatıb.

Modern.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bu dövrdə xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin I rübündə ölkənin xarici ticarətində 1.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 93.3% üstələyir. Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu yaxşılaşma istiqamətində yenilənib.

Bu, son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi, eləcə də qeyri-neft ixracının genişlənməkdə davam etməsi ilə bağlıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV