Modern.az

Şagirdlərin az bal toplamasının səbəbini müəllimlərdə gördü

Şagirdlərin az bal toplamasının səbəbini müəllimlərdə gördü

Təhsil

6 May 2026, 13:08

Müəllimlər illərdir eyni proqramla dərs deyir, şagirdlərin az bal toplamasının bir səbəbi də budur. 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Asan TV”ə müsahibəsində bildirib.

DİM sədri vurğulayıb ki, buraxılış imtahanında 11-ci sinifə aid olan suallar maksimum az olur: 

“İmtahanların izahını verdikdə orada hər sualın neçənci sinifə aid olduğu bildirilir. O suallar içərisində 1-2 sual 11-ci sinifə aid olur. Qalan suallar 7,8,9,10-cu sinifə aid olur. Tapşırılqarın formatı da əvvəlcədən məlum olur”. 

M. Abbaszadə şagirdlərin az bal toplamasında müəllimlərin də payının olduğunu istisna etməyib: 

“Təəssüflər olsun ki, imtahana hazırlıq marafonu quran müəllimlər biz verdiyimiz məlumatları nəzərə almır. Çünki onlar eyni formatda dərs deməyə öyrəşiblər və şagirdləri elə hazırlaşdırmağa davam edirlər”. 
“Yalnız 10-11ci sinifdə hazırlığa gedərək 11 illik proqramı öyrənmək mümkün deyil. İbtidai sinifdə də, 5-ci sinifdən oxumaq lazımdır. Bu zəncirvari prosesdir”- o bildirib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV