Modern.az

Subbakalavrların imtahansız qəbulu DİM-in qərarı deyil

Subbakalavrların imtahansız qəbulu DİM-in qərarı deyil

Təhsil

Bu gün, 13:48

Subbakalavrlar imtahansız universitetə qəbulu bizim qərarımız deyil. 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Asan TV”ə müsahibəsində bildirib.

M. Abbaszadə sualları cavablandırarkən bildirib ki, bu qərar Təhsilin inkişafı üzrə Dövlət Strategiyası yer alıb və gənclərin təhsil almaq imkanını genişləndirmək üçün verilib. Bu Dövlət İmtahan Mərkəzinin təşəbbüsü deyil. 

DİM sədri onu da vurğulayıb ki, bəzi ixtisaslara subbakalavrların qəbulu hələ də mümkün olmayıb:

“Müəyyən sahələr var ki, subbakalavrların hüquq cəhətdən ora qəbul olmaq imkanı olsa da bu heç vaxt baş verməyib. Məsələn heç bir tibb kollecinin məzunu subbakalavr kimi Azərbaycan Tibb Universitetinə qəbul olunmayıblar. Kənd təssərüfatı sahəsində, eyni zamanda ikinci qrupda marketinq sahələrində özəl ali təhsil mərkəzlərində boş yer qaldığı üçün subbakalavrlar əsasən bu sahələrdə təhsil alır”. 

Bu məsələni rektorlarla müzakirə edirik:

“Subbakalavrların imtahansız universitetlərə qəbulu nə qədər lazımdır, nə qədər lazım deyil bu müzakirə mövzusudur. Bunu ali təhsil mərkəzinin rəhbərləri ilə biz müzakirə edirik” – deyə o bildirib. 


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV