Buraxılış imtahanlarında qapalı suallara cavab vermək üçün 1-2 saniyə vaxt lazımdır.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Asan TV”ə müsahibəsində bildirib. O bəzi suallara verilən vaxtın az olması ilə bağlı iddialarla razılaşmayıb.
"Məsələn, Riyaziyyatdan ilk 18 suala təxminən 10 dəqiqə vaxt lazım idi. Biz imtahandan əvvəl sualların neçə dəqiqə vaxt apardığını yoxlayırıq. Kimsə sualın çətin olduğunu deyə bilər, amma yazılı suallara cavab vermək üçün maksimum 5 dəqiqə vaxt tələb oluna bilər. 7 yazılı sual var idi ki, bu da ümumilikdə maksimum 45 dəqiqə vaxt lazım idi. Bu da imkan verirdi ki, şagird sualların yoxlasın və kodlaşdırma etsin".