Modern.az

Daha bir azərbaycanlı UFC-də

Daha bir azərbaycanlı UFC-də

İdman

6 May 2026, 12:44

Azərbaycanlı idmançı Fərman Həsənov UFC ilə müqavilə bağlayıb.

Modern.az-ın məlumatına görə, onun Bakıda olacaq turnirdə debut edəcəyi gözlənilir.

Fərman Həsənovun UFC ilə müqaviləsindən sonra bu təşkilatda iştirak edən azərbaycanlı döyüşçülərin sayı 4-ə yüksəlib.

Qeyd edək ki, Fərman Həsənov indiyə kimi qaydasız döyüş üzrə 5 matç keçirib və hər birində qələbə qazanıb.

Xatırladaq ki, hazırda UFC-də döyüş platforması ilə azərbaycanlı idmançılardan Rafael Fiziyevin, Nazim Sadıxovun və Tofiq Musayevin müqavilələri var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV