Modern.az

Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olundu

Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olundu

İqtisadiyyat

Bu gün, 16:00

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

Modern.az xəbər verir ki, 42 vaqondan ibarət, çəkisi 2475 ton olan dizel yanacağı bu gün Güzdək stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

***

13:14

Bu gün Azərbaycandan Ermənistana növbəti tədarük baş tutacaq.

Modern.az xəbər verir ki, bu ölkəyə 42 vaqon dizel yanacağı ixrac olunacaq.

Qatar saat 16:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!