Modern.az

Mərkəzi Bank "Modenis"in lisenziyasını ləğv etdi

Mərkəzi Bank "Modenis"in lisenziyasını ləğv etdi

İqtisadiyyat

5 Avqust 2026, 17:00

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Modenis" MMC-nin ödəniş təşkilatı lisenziyası ləğv edilib.

Modern.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanuna əsasən, şirkətin "Mpay" MMC-yə qoşulması ilə bağlı ləğv olunub.

Beləliklə, "Mpay" yenidən təşkil edilib və "Modenis"in hüquqi varisidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakı Putini dəliyə döndərdi - Bayramov Ukraynada bu şəxslə görüşdü