Modern.az

Bakı-Tbilisi-Bakı üzrə əlavə qatarlar niyə artırılmır?

Bakı-Tbilisi-Bakı üzrə əlavə qatarlar niyə artırılmır?

İqtisadiyyat

6 Avqust 2026, 21:29

“Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reys təşkil edib və bunun üçün qatar da hazırdır. Ancaq Gürcüstan tərəfi bu qatarı qəbul etməyə hazır deyil".

Modern.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, Gürcüstan tərəfində bəzi texniki çətinliklər var. 

"Qatarların stansiyada manevr və digər hərəkətləri zamanı elektrik təchizatının təmin olunması ilə bağlı problemlər mövcuddur. Bundan başqa, Gürcüstan sərhəd xidməti də əlavə reys üzrə yoxlamaları həyata keçirməyə hələ hazır deyil. Elektrik təchizatı ilə bağlı yaranan problemlər də Bakı-Tbilisi-Bakı qatarının gecikməsi ilə nəticələnir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı