Modern.az

Azərbaycan nefti yenidən bahalaşdı

Azərbaycan nefti yenidən bahalaşdı

İqtisadiyyat

7 Avqust 2026, 09:30

Azərbaycan neftinin 1 barelinin qiyməti 2,33 ABŞ dollar artıb. 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,33 ABŞ dolları və ya 2,56 % artaraq 93,37 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı