Modern.az

Məşhur şadlıq sarayı 2.5 milyon manata satılır - FOTO

Məşhur şadlıq sarayı 2.5 milyon manata satılır - FOTO

İqtisadiyyat

7 Avqust 2026, 16:53

Bakının Qaraçuxur qəsəbəsində yerləşən "Cihan Saray" 2 milyon 500 min manata satışa çıxarılıb.

Modern.az valyuta.az-a istinadən xəbər verir ki, satışa təqdim edilən ikimərtəbəli obyektin ümumi faydalı sahəsi 1 048,2 kvadratmetrdir.

Bunun 840,6 kvadratmetrini zallar, 207,6 kvadratmetrini isə köməkçi sahələr təşkil edir.

Obyektin tavan hündürlüyü 11,3 metrdir. Bildirilir ki, geniş zallara və əlavə sahələrə malik bina şadlıq sarayı kimi fəaliyyət göstərmək üçün uyğundur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı