Modern.az

Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır

Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır

İqtisadiyyat

7 Avqust 2026, 17:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə sentyabrın 16-da hərrac keçiriləcək.

ƏMDX-dən Modern.az-a bildirilib ki, hərracda İsmayıllı rayonunda yerləşən “Girdimançay-I” (13.0 ha) qum-çınqıl yatağı investorlara təklif olunacaq.

İddiaçılar hərracda iştirakla bağlı sənədləri sentyabrın 9-da saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı