“İnsanların kəndə qayıdışı çox yaxşı haldır. Azərbaycanın gələcəyi həm də kənd rayonlarının inkişafından, istifadəyə yararlı torpaqlarımızdan, daha səmərəli istifadə etməmizdən də çox asılıdır. Kənd rayonlarına qayıtma prosesinin bir sıra səbəbləri var. Bu səbəblərə misal olaraq əsasən aşağıdakıları göstərmək olar:
“Bayram günlərində kənd yerlərimizə getmək müəyyən qədər iqtisadi durumla bağlıdır. Eyni zamanda, burada başqa amillər də rol oynayır. Ümumiyyətlə, bizim ölkədə istirahət, bayram günlərindən lazımi şəkildə istifadə etmək vərdişləri, ənənəsi başqa bir çox ölkələrlə müqayisədə zəifdir. İndi belə bir ənənə yaranmaqdadır. İmkanı olanlar şərait yarandıqda rayonlara istirahət üçün də gedirlər. Amma iqtisadi durum əksəriyyət üçün ölkədən kənarda istirahət etməyə hələ imkan vermir. Həm də get-gedə başqa ölkələrdə istirahət etmək təhlükəli olur.