Arxiv
16 Aprel 2016, 11:48 |
Yaxşı qız idi, amma... - Günah reklamlardadır

Belə-belə işlər

Yaxşı qız idi. Qonşuluqda yaşayırdı. Gözümüzün qabağında böyümüşdü. Toyuna da getmişdik. Bəy də pis oğlan deyildi. Amma o gün eşitdik ki, boşanıblar.

Hərə bir söz danışırdı. İmanını yandıran da vardı, gümanını beş-on adresə göndərən də. Maraq isə hamını bürümüşdü. Belə gözəl-göyçək, ağıllı, tərbiyəli bir qız, bir-iki ilin gəlini niyə boşanıb axı?

Və günlərin birində baş vermiş bu dadsız hadisənin mənzərəsi qanımızı qaraltdı. Sən demə səbəb… reklamlar imiş.

Təzə gəlin köçən qız canla-başla ev-eşiyinin səliqə-səhmanıyla məşğul olurmuş. Amma günlərin birində islağa qoyduğu corabları əlinə alıb ovxalamaq istəyəndə gözü  televiziyadakı reklamlara sataşıb. Ekrandakı  qadın hikkə ilə qışqırırmış:

- Sən paltaryuyan deyilsən, qadınsan!

Gəlin riqqətə gəlib. Əlindəki corabları ərinin, qayınatasının, ağappaq köynəkləri ilə birgə paltaryuyan maşina atıb.  Düyməni  basıb və corabların qara rəngi ağappaq köynəkləri pis günə qoyub. Aləm qarışıb bir-birinə. Oğlanın anası qızın anasına zəng edib dişinin dibindən çıxanı deyib:

- Qızını gəlin köçürəndə ağ ilə  qaranın fərqini öyrətsəydin biz də rahat olardıq.



… Qızın başqa qabiliyyətinə də söz yox idi. Bişmiş-düşmüşü hər kəsin iştahını açırdı. Əvvəl-əvvəl hamı  onun yeməyini, təmizkarlığını tərifləyirdi. Amma… yenə bu reklamlar:

- Bəsdir! Sən qabyuyan, ətçəkən deyilsən! Qadınsan, marketlərdə yarımfabrikatlar satılır. Al, at qazana üstündən bir-iki diş «qalına blanka», vəsalam!

Yemək-içməyin də dadı qaçdı.

Hirsindən-hikkəsindən qıpqırmızı olan qayınana bir gün bomba kimi partladı:

- Neçə ildi gəlmisən, ağəz? Mən sağ ikən qucağıma bir nəvə alacağam, yoxsa gözüm açıq köçəcəm bu dünyadan?

Gəlin də istəyirdi. Hansı qadın ana olmaqdan imtina edər? Elə xəyalında dünyaya gətirəcəyi övladı sevib-əzizlərkən, ekrandakı həmin o qadın reklam dəqiqələrində  ekranı işğal elədi:

- Unutma! Sən qadınsan, inkubator deyilsən!

Gəlin «inkubator» sözündən çox pozuldu. Axşam ərini dilə tutdu, yola gətirdi və qəşəng, balaca, ağappaq bir küçük aldırdı. Və… qayınana nəvə həsrəti ilə oğlunun evinə gəldi. Vəziyyəti  öyrənmək üçün. Bu qəşəng, balaca, ağappaq küçük qapı açılar-açılmaz hürə-hürə arvadın üstünə necə cumdusa qadın tirtap yerə düşdü. Neçə saatdan sonra gözünü açdı və dili tutar-tutmaz oğluna dedi:

- Əgər mənim ölməyimi istəmirsənsə, o küçüyü ver o gəlinin qoltuğuna, göndər atasının evinə…

Və deyirəm axı, o qonşu qızı boşanandan bəri həyətlərindən küçük səsi gəlir…

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54