Modern.az

Azərbaycanda baş verən 9 ana ölümünə görə səbəblər AÇIQLANDI

Azərbaycanda baş verən 9 ana ölümünə görə səbəblər AÇIQLANDI

18 Aprel 2016, 10:55


“Bu il 9 ana ölümü baş verib”. Bu sözləri Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin baş həkimi  Sevinc Məmmədova deyib. O qeyd eidb ki, bütün faktlar Doğuşayardım Komissiyasında  araşdırılıb və ana ölümlərinin səbəbləri hamiləliyin  fəsadlaşması  kimi üzə çıxıb. 

“Ölən anaların 3-ü  Bakı  sakini, qalan 6-sı  bölgələr üzrədir. Qadınlarda hamiləlik  dövrünün ağır  keçirilməsi bir sıra səbəblərdən asıldır. Bu səbəblər  2 qrupa bölünür: Bir qrup səbəblər  hamiləlikdən öncə  qadında  mövcud olan xəstəliklərdir.  Məsələn, anadangəlmə ürək qüsurları,  böyrək çatışmamazlığı, müxtəlif  keçirilmiş infeksion xəstəliklər nəticəsində qaraciyər çatışmazlığı, anadan gəlmə  birləşdirici  toxumanın xəstəlikləri, bir sıra irsi qan xəstəlikləri, epilepsiya, vərəm.  Adətən bu qrup  xəstəliklər hamiləlikdən öndəki  dövrdə gizli keçir  və yalnız hamiləlik zamanı özünü biruzə  verir.  Hamilə qadınlar  bunu  hamiləliyin gedişi hesab edərək  həkimə müraciət  etmirlər. Xəstəlik  ağır dekompensasiya mərhələsinə  çatdıqda artıq gec  olur və çox vaxt hamilə qadına  yardım ləngiyir”.

Komissiyasının sədri qeyd edib ki, ikinci qrup səbəblər yalnız hamiləliklə əlaqəlidir  və  yalnız hamiləlik vaxtı  üzə  çıxır. 

“Məsələn , hamiləlik hipertenziyası,  hestasion diabet, hamiləlik  proteinuriyası, preeklampsiya, eklampsiya. Bu xəstəliklər vaxtında  araşdırılıb, yardım göstərildikdə  qadının həyatının xilas  etmək mümkündür.  Bu səbəbdən Respublikada mövcud  olan antenatal  qulluğa  dair tövsiyyələrdə hər bir hamilə ilk gündən  qadın  məsləhətxannasında  qeydiyyata düşməlidir, mütəmadi olaraq həkim nəzarətində  olmalıdır, vaxtı-vaxtında  müvafiq müayinələrdən keçməlidir”.

S.Məmmədova vurğulayıb ki, hər bir  normal hamiləlikdə  antenatal  qulluq  7 gəlişdən ibarətdir. “Lakin  müayinələr zamanı  hər hansı  bir patologiya  aşkarlanarsa, həkim müvafiq stasionara daha həcmli  və  dolğun müayinə  və  müalicə  məqsədi  ilə  göndəriş verərək  hospitalizasiya etməlidir. Araşdırma zamanı  məlum  olur ki,  hamilə qadınlar  və onların yaxınları  əksər hallarda  bundan imtina  edirlər və  nəticədə təəsüf ki,  bədbəxt hadisə  baş verir”. 

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir