4 ildir ki, beyin qansızmasından, xəstəlikdən əziyyət çəkən xəstə anaya baxıram, 3 azyaşlı övladım var, yoldaşım analıq məzuniyyəti ilə əlaqədar olaraq bir ildir ki, işləmir, ailədə yeganə işləyən mənəm, təkbaşına ailəmə baxıram, kreditlərin içində boğuluram, Qobu kimi sözün əsl mənasında fəlakət bir yerdə yaşayıram...İndi bunlar azmış kimi, 3 ildir ki, qanun haqqımızı bərpa edə bilmirik, varımız-yoxumuz məhkəmə yollarında tökülüb...Ona görə millət vəkillərindən xahişim budur ki, plenar iclasda Rəşadət Ağayevin təqdimatına müsbət münasibət bildirməsinlər, ona səs verməsinlər, haqq və ədalət naminə bizə, ailəmə mənəvi dəstək nümayiş etdirsinlər. Bu, elə bilirəm ki, həm də ədalət keşikçisi olmaqdan savayı hər şeylə məşğul olan digər hakimlərə ibrəti-aləm, dərs olar.
Dəstəyinizi əsirgəməyin, əziz və dəyərli millət vəkilləri, ümidim, ümidimiz Sizlərədir!
Kamil Həmzəoğlu (Həmidov)