Modern.az

Tibbdə inqilab: xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb

Tibbdə inqilab: xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb

14 Yanvar 2011, 12:02

Xərçəng xəstələri üzərində inqilabi sayılan dərmanın sınağına başlanılıb. Bu dərman xəstə hüceyrələrə çoxalmaq əmri verən genetik siqnalın qarşısını alır.

 

Alimlər hesab edirlər ki, TKM-PLK1 adlı dərman xərçəngi inkişaf edərək şişləri sərtləşmiş xəstələrə yeni ümid yeri yarada bilər.

 

Belə xəstələrin xərçəngləri həmin mərhələdə adi müalicə üsullarına reaksiya vermirlər.

 

ABŞ-ın bir sıra yerində sınaqlarda 52 xəstə iştirak etməlidir. (BBC)

 

Dərman RNA kimi tanınan eksperimental texnologiyanı tətbiq edir. Bu zaman polo-like kinase PLK-1 adlı şişi böyüdən proteininin istehsalının qarşısı alınır.

 

Dərman PLK-1-dən genə əmrlər daşıyan molekulları da məhv edir.

 

Xərçəng hüceyrələri bölünə bilmirlər və ölürlər.

 

Laboratoriya sınaqlarına əsasən, dərman mədə, döş, ağ ciyər və yumurtalıq xərçəngində effektiv ola bilər.

 

Buna baxmayaraq, RNA nəzəriyyəsi maraqlı səslənsə də, praktikada nəticələrin çox az sürətlə özünü büruzə verdiyi məlumdur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır