Arxiv
27 İyun 2016, 23:41 | MEDİA
Elçin Şıxlı “Ayna”nı bərpa etdi
Elçin Şıxlı “Ayna”nı bərpa etdi

“Nəhayət iki ildən sonra ilk yazımı yazdım və "Ayna"nın bərpasında ilk addımı atdım. Yayın bu istisində hər hansı bir layihəyə başlamağın düzgün olmadığını anlasaq da, bu qərarı verdik. Çünki, daha gözləməyə hövsələ qalmayıb...”.


Modern.az saytı xəbər verir ki, bunu iki il əvvəl fəaliyyətini dayandıran “Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib.

E.Şıxlı qeyd edib:


"Qəzetin buraxılışını dayandıranda son yazımı “məğlubiyyətin bu qədər rahatlıq gətirəciyini düşünməzdim” fikri üzərində qurmuşdum. Çünki doğrudan da yorulmuşdum. Ən çox da “yel dəyirmanlarıyla” savaşmaqdan…

 

Özümə söz verdim ki, daha yazı yazmayacam. Yazmadım da… Düz iki il… Bu vaxt ərzində haqqında oxuduğum, eşitdiyim və bildiyim, amma rastlaşmadığım çox şeylərlə üzləşdim. Vəfasızlıq da, eniklik də gördüm, amma əsl dostluğun nə demək olduğunu da anladım.

 

Əvvəlcə, özümü hər şeydən təcrid etməyə çalışdım. Heç nə oxumadım, heç nə ilə maraqlanmadım. Şəhərə getməməyə çalışdım. Bu minvalla bir necə ay keçdi. Nəhayət, darıxdım. Oskar Uayldın illərdir yarımçıq qoyduğum sehrli nağıllarının tərcüməsini tamamladım. Dostlar sağ olsun, kitabı çap elədilər. Sonra ingiliscə-azərbaycanca lüğət üzərində işlədim. İynə ilə gor qazmaq kimi bir şeydi. Və nəhayət, dəyərli dost və həmkarlarım Arif Əliyev və Qulu Məhərrəmli ilə Jurnalistika terminlərinin izahlı lüğətini hazırladıq. Üzərində son redaktə işləri gedir.

 

Və ən nəhayət, Rauf Mirqədirov azadlığa çıxdı. O, həbs olunan gündən əmindim ki, günahsızdır. Amma bunun hüquqi isbatı üçün düz 23 ay təkadamlıq kamera həyatı yaşamalı oldu Rauf. Deyir, kitablar olmasaydı, bəlkə də havalanardım. Yenə də kitab…

 

İndi isə məndən “iş” tələb edir… Yazmaq istəyir. Elə mən özüm də yazmaq istəyirəm. Çünki, yazmadığım müddət ərzində anladım ki, nə ilə məşğul olsam da, özümə yer tapa bilmirəm. Hiss edirəm ki, zaman narın qum kimi barmaqlarımın arasından süzülüb gedir, mənsə edə biləcəklərimi etmirəm…

 

Dostlarla xeyli götür-qoydan sonra – İbrahim də (Nəbioğlu), Arif də (Əliyev), Qulu da (Məhərrəmli) məsləhət bildilər ki, “Ayna”nı bərpa edək. Və işə başladıq. Dəyərli insan və ziyalı, gözəl rəssam və işinin ustası Akifin (Hüseynov) təmənnasız dəstəyi ilə  xeyli zəhmətdən sonra, deyəsən nə isə alınmaq istəyir, ancaq Nicatla hələ də çalışırıq…

 

Amma bu qəzet olmayacaq, çünki mövcud şərtlərdə çap mediası özünü nə dolandıra, nə də doğrulda bilər. Məhz ona görə də, bu, kommersiya layihəsi deyil. Sadəcə, qələmi və sözünün ağası olan kəslərin  ziyalı sözü deməsi üçün bir platformadır. Peşəkar jurnalistlərin “köşə”sidir. Yeni, “Ayna” saytında yalnız köşə yazıları olacaq – İbrahim Nəbioğlunun, Qulu Məhərrəmlinin, Rauf Mirqədirovun, Arif Əliyevin və mənim.

 

Özümüzü internet TV kimi də sınayacağıq.  Zənnimcə, alınacaq, çünki Qulu Məhərrəmli və İbrahim Nəbioğlu kimi telejurnalistika ustadları bu işə əl qoyacaqlar…

 

***

 “Sonra özündən xəbər aldı:

— Qoca, səni axı kim məğlub etdi?

Özü də cavab verdi:

— Heç kim! Sadəcə, mən dənizdə çox uzağa getdim”.

Bu, böyük Heminqueyin “Qoca və dəniz”indəki qoca Santyaqonun daxili dialoqundan bir parçadır. Deyilənlərin əsl mənasını indi anlayıram. Anlayıram ki, “dənizdə çox uzağa” yalnız sınanmış dostlarla getmək olar!".

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Ermənistanda xaos - Onlar VƏZİFƏDƏN GEDİR
Səfərbərlikdən sonra 700 min nəfər Rusiyanı tərk edib 01:00, Bu gün Bakıda piyadanı 3 maşın vurub öldürdü 00:34, Bu gün Üçtərəfli telefon danışığının DETALLARI – Bu məsələdə razılaşdılar 00:20, Bu gün Yermakdan Türkiyə açıqlaması: “Səbirsizliklə gözləyirik” 00:15, Bu gün Ukrayna ordusu böyük irəliləyiş əldə edib - Zelenski 00:11, Bu gün Bayden Ukraynaya yeni hərbi yardım ayırdı 00:08, Bu gün Qrossi Moskva və Kiyevə səfər edəcək  4 Oktyabr 2022, 23:55 Mehriban Əliyeva Ağdamdan paylaşım etdi  4 Oktyabr 2022, 23:46 Blinken, Bayramov və Mirzoyan sülh müqaviləsindən danışdılar 4 Oktyabr 2022, 23:34 “Bizim adımızdan azərbaycanlı qardaşlarımız danışır- Şentop 4 Oktyabr 2022, 23:22 İlham Əliyev və birinci xanımın Ağdam səfərindən FOTOLAR 4 Oktyabr 2022, 23:20 Sahibə Qafarova İndoneziyada səfərdədir 4 Oktyabr 2022, 23:01 Paşinyan əsirlərin qaytarılmasına görə ABŞ-a təşəkkür etdi 4 Oktyabr 2022, 22:47 Nağıqızı poeziyasında obrazlılığın fonetik səviyyədə təzahürü 4 Oktyabr 2022, 22:36 Boksçularımız Avropada 5 medal qazandı  4 Oktyabr 2022, 22:22 Azərbaycanlı qadın Türkiyədə intihar edib - FOTO 4 Oktyabr 2022, 22:20 Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olub 4 Oktyabr 2022, 22:15 Bayden Zelenski ilə danışdı: İlhaqı tanımırıq 4 Oktyabr 2022, 22:02 Binəli Yıldırım koronavirusa yoluxdu  4 Oktyabr 2022, 21:56 Qazaxıstan səfiri Rusiya XİN-ə çağırıldı 4 Oktyabr 2022, 21:30 Ermənistana təhvil verilən hərbçilərin ADLARI 4 Oktyabr 2022, 21:18 Prezidentlə xanımı Sarıcalı kəndinin təməlini qoydular - YENİLƏNİB 4 Oktyabr 2022, 21:16 Putin Tacikistan liderini təltif etdi  4 Oktyabr 2022, 21:12 Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi TİKİLİR 4 Oktyabr 2022, 21:00 AZAL Səmərqəndə uçuşlara başlayır  4 Oktyabr 2022, 20:56 Leyla Abdullayevadan Edilli ilə bağlı PAYLAŞIM  4 Oktyabr 2022, 20:44 Ağdamda yeni yaşayış məhəlləsinin təməli qoyuldu - YENİLƏNİB 4 Oktyabr 2022, 20:33 Prezident və xanımı Pənahəli xanın sarayında - FOTOLAR 4 Oktyabr 2022, 20:19 Ağdamda Natəvanın abidəsinin açılışı olub - YENİLƏNİB  4 Oktyabr 2022, 20:16 "Qoyun cəsədi üzərində eksperiment aparılıb" - Nərmin işi 4 Oktyabr 2022, 20:01 Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə BAŞLADI 4 Oktyabr 2022, 19:50 Ağdamda mehmanxana tikilir - YENİLƏNİB 4 Oktyabr 2022, 19:43 Finlandiyada Leninin sonuncu heykəli söküldü  4 Oktyabr 2022, 19:38 Ağdamın yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu  4 Oktyabr 2022, 19:25 Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı cinayət işi açıldı 4 Oktyabr 2022, 19:20 Deputat Jalə Əhmədovanın ailəsində ağır itki 4 Oktyabr 2022, 19:15 Hulusi Akar Azərbaycanda təltif olundu 4 Oktyabr 2022, 19:03 “Azercell Tələbə Təqaüdü 2023” proqramını elan edir 4 Oktyabr 2022, 18:57 Mətbuat Şurasının yeni strukturu formalaşdırıldı 4 Oktyabr 2022, 18:50