Modern.az

Bakıda şadlıq evində yanğın olub

Bakıda şadlıq evində yanğın olub

Aktual

5 İyul 2016, 10:26

Bakıdakı şadlıq evlərinin birində yanğın baş verib.

 

Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Məlumata görə, yanğın Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 kv.m olan üçmərtəbəli şadlıq evinin foyesində yerləşən bar 8 kv.m sahədə baş verib.

 

Hadisə yerinə cəlb olunan FHN əməkdaşları tərəfindən şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 04:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır