Arxiv
1 Aprel 2016, 11:48 | FOTOSÖHBƏT
Deputat Aqil Abbasla FOTOSÖHBƏT

 

Bu gün Milli Məclisin deputatı, tanınmış yazıçı-jurnalist Aqil Abbasın doğum günüdür. Əməkdar jurnalist bu gün 63 yaşını qeyd edir. Ad günü təəssüratlarını Modern.az-la bölüşən deputata 63 yaşın "peyğmbər yaşı" olduğunu xatırlatdıqda o, "əstağfürüllah, mən peyğəmbərin əlinə su tökməyə belə, layiq deyiləm" cavabını verdi.

Modern.az saytı Aqil Abbasla FOTOSÖHBƏT layihəsini təkrar yayımlayır.

Aqil Məhəmməd oğlu Abbasov (Abbas) 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində doğulub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycanın əməkdar jurnalistidir. «Araz», «Dan ulduzu», «Qızıl qələm» mükafatları laureatıdır. 8 kitabın müəllifidir. 1976-cı ildən Ağsu şəhər internat məktəbində müəllim işləyib. 1977-ci ildən «Elm və həyat» jurnalında, 1987-ci ildən «Sovet kəndi» qəzetində çalışıb.
1990-cı ildə «Ədalət» qəzetini yaradıb. 1990-cı ildən 2005-ci ilədək “Ədalət"in baş redaktoru olub. İndi təsisçisidir.
 
2005-ci ildə Azərbaycan Milli Məclisinin 3-cü, 2010-cu ildə 4-cü, 2015-ci ildə 5-ci çağırışına deputat seçilib.

Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edib.

Yazıçının "Dolu" romanı əsasında ekranlaşdırılan "Dolu" filmi son illər Qarabağ müharibəsi mövzusunda çəkilən ən yaxşı filmlərdən biridir.

<p"> <p">Aqil Abbas evlidir, iki oğlu var. Həyat yoldaşı İradə Tuncay görkəmli şair Məmməd Arazın qızıdır. 

 

Bu şəkil 1966-cı ildə Şuşada, Turşsuda çəkilib. Yanımdakı qohumumdu.

 

6-cı sinifdə oxuyanda çəkdirmişdik bu şəkli. Bu sinifdə mənə ögey kimi baxdılar. Ağcəbədidən Ağdama təzə köçmüşdük. Birinci sırada sağda oturmuşam.

 

Anam Solmaz, atam Məhəmməd. Bu şəkli 1970-ci ildə mən ali məktəbə qəbul olunanda çəkdiriblər. 

 

<p">1970-ci ildə bacımla birgə. Ali məktəbə təzə qəbul olunmuşdum...

Soldakı mənəm. Qohumlarımla bir yerdə, 1970-ci ildə Kəlbəcərdə - İstisudayıq...

Ali məktəbdə oxuyuram - 1972-ci il. Xalam oğlu ilə birgə...

 

Arif Süleymanovla bir yerdə oxumuşam. 1972-ci il. Ariflə çox yaxın dost olmuşuq. Bir partada oturmuşam indi də dostluğumuz davam edir.

1973-cü ildə tələbə-tərbiyəçi kimi Buzovnaya iki aylıq dərs deməyə getmişdim, pioner dərnəyinə...

 

1974-cü il, Hacıkənd. Çox pis gitara çalıram. Bir məsəl var, deyirlər “xoş halına ay eşitməyən”.

 

<p">Tələbəlik illəri... 4-cü kursda oxuyuram. O vaxt uzun bakinport saxlamaq dəb idi.

 

<p">1976-cı ildə xalam oğlu rəhmətə getmişdi... O zaman çəkilib bu şəkil.

1976-cı il, o zamanki Lenin Sarayının qarşısındakı parkda kəndçilərimlə birgə. Bunların hamısı şahmat xəstəsiydi...

 

1976-cı il. Universiteti yenicə bitirmişəm.

 

1976-cı ildə dostum göyçaylı Arizlə Qız Qalasının qarşısında dincəlirik.

 

1976-cı il Ağdam məscidin önü... Gitaraçı Eldar Kərimov, ortada mən, sağdakı da Ağdam Teatrının artisti Naqil Pirimov.

Vaqif  İbrahimov dərnəyində çəkilib, 1977-ci il. Dərnəkdə gənc şairlərin ildə bir dəfə toplantısı keçirilirdi. Şair Fikrət Qoca (ortada) qonağımızdı.

1977-ci ildə “Elm və Həyat ”jurnalında işləyirdim. İş yoldaşlarımla birgə toya getmişdik.

1980-ci ildə Əsgəran qalasını önündə çəkdirmişik bu şəkli. Jurnalist dostum Maliklə bir yerdə...

 

<p">Ağdamdakı həyətimzdi. Şəkil 1985-ci ildə çəkilib. Qucağımda böyük oğlum Toğruldu.  

1988-ci il, Bakı. Oğlanlarımla birgə... Onda hələ balacaydılar....

1988-ci ildə çəkilib, ən çox xoşuma gələn şəkillərimdəndi...

 

<p"> 1989-cu ildə oğlanlarım Toğrul və Tuncayla. Onlar yavaş-yavaş böyüyürlər, mən də qocalıram. 

 

Palkovnik Mirmehti dostum idi Amerikanın Hyuston şəhərində xəstəxanada müalicə alırmış mənim xəbərim yox idi, getdim onu orda tapdım. 1993-cü il. 

1993-cü il, Məmməd Arazın yubleyi idi. Foyedə Məmməd müəllim mənə dedi ki, "Aqil ehtiyatlı ol, yıxılaram". Mən də ona qayıtdım ki, "bütün dünya ayağa qalxsa, səni yıxa bilməz, çünki qolundan Heydər Əliyev tutub”.

Məmməd Araz, qaynanam, oğlanlarım və mən. 1995-ci il, evdə...

1996-cı ildə İstanbulda oğlum Toğrulla. Uşaq əyləncə mərkəzindəyik.

 

<p">Məmməd Arazın evində ailəmizlə bir yerdə... 1996-cı il. Mənim solumda dayanan Cəfər həkimdi, biz ona əmi deyirik.

Kabinetimdə çəkilən ən yaxşı şəkillərdən biridi.1997-ci il.

Bu mənim futbol komandamdı, "Ədalət" qəzetin işçiləri ilə. 1998-ci ildə redaksiyalar arasında <p">futbol yarışı keçirilirdi. 

 

Tələbəlik dostum Vilayət Quliyev xarici işlər naziri olan vaxtlardı... <p">Onunla bir kursda oxumuşuq, həm də bir kənddənik, dostluğumuz indi də davam edir.

 

Yaxın dostum Lerikin keçmiş icra başçısı Novruz Novruzov məni Lerikə dəvət etmişdi 2000-ci ildə. Şəkil çəkdirdiyimiz yer Zuvand kəndidi. Cənnəti görmək istəyən Lerikə-Zuvanda getsin...

 

Ceyhun Hacıbəylinin nəvəsi. Babasını ad və soyadını daşıyır - o da Ceyhun Hacıbəylidi... 

 

Mən "Qarabağ" klubunun fəxri prezidenti olan zaman AFFA-nın xüsüsi mükafatını alıram.

 

<p">Şahmar Əkbərzadə əmim oğludu, bizə qonaq gəlmişdi. Sağdakı da qaynanamdı.

 

Ən çox sevdiyim sənətkar və dostum Həsən Məmmədovla birgə çəkdirdiyim şəkil 2000-ci ildə lentə alınıb.

 

Ankara Polis Akademiyasını bitirmiş gənclərə qonaqlıq veririk Bakıda. 2004-cü il.

 

<p">Türkiyənin İqdır şəhərinə getmişdik. Ortada İqdır bələdiyyəsinin başqanıdər, sağda da Əflatun Amaşov.

Ankaradayıq. Ankara Polis Akademiyasının rəisi ilə bir yerdə. Oğlum Toğrul oranın tələbəsi idi. 2004-cü il.

Bu şəkil Hollandiyada çəkilib.Yanımdakı Həsən Zeynalovdu. 2008-ci il Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirə getmişdik

 

Fəvvarələr meydanında bir qrup gənc "Kitabla maariflən" şüarı altında bir saatlıq kitab oxuma aksiyası keçiriblər. Millət vəkili Aqil Abbas da onlara dəstək verir.  

 

Milli Məclisin foyesi... Təhlükəsizlik və müdafiə komitəsinin iclasından çıxmışıq.

 

Yazıçılar Birliyinin “Natəvan” klubunda 2009-cu ilin ədəbi yekunlarının mükafatlandırma mərasimi.

 

"Media Açarı - 2009" müsabiqəsinin təqdimatı zamanı: Aqil Abbas: "Qadanalım necəsən?", Vaqif İbrahimoğlu: "Həkimsən..?"

 

<p">2009-cü il. Xalq şairi Söhrab Tahirlə bir yerdəyik...

 

«Rusenborq»u ilə qarşılaşacaq «Qarabağ» klubunun məşqini izləyənlər arasında deputat və «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid də var.

Milli Məclisin iclas zalında...

 

Ağdamın işğalının 17-ci ilinin anım günündə....

 

Xanımımla Türkiyədəyik. Efes bölgəsində...

Nəvəm Tansunun ad günündə oynayıram...

İradə xanımla son zamanlar çəkilən şəkillərimizdən biri...

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müsavat Yadgar Sadıqlını siyahıya salmadı - O da seçkiyə özbaşıan getdi 16 Dekabr 2019, 17:28 Bu il 110 min tələbənin təqaüdü 20 faiz artırılıb 16 Dekabr 2019, 17:25 Magistraturaya qəbulun II mərhələsinin ləğvi razılaşdırma mərhələsindədir - Nazir 16 Dekabr 2019, 17:16 Kəmaləddin Heydərov mətbuata səsləndi: “Dedi-qodu xarakterli məlumatları yaymayın!” 16 Dekabr 2019, 17:05 Bələdiyyə seçkilərində iştirak edəcək seçicilərin sayı açıqlandı 16 Dekabr 2019, 16:54 Müsavat deputatlığa namizədlərini açıqladı - SİYAHI - YENİLƏNİB 16 Dekabr 2019, 16:53 Qarabağlı general: “Paşinyanın yanaşması Azərbaycanın dövlət maraqlarına xidmət edir” 16 Dekabr 2019, 16:48 İlham Əliyev “Azərenerji”nin rəhbərini qəbula ÇAĞIRDI 16 Dekabr 2019, 16:42 Nazir dünya 3-cüsü olan şagirdə medal təqdim etdi 16 Dekabr 2019, 16:40 Prezident daha bir yolun təmirinə pul AYIRDI 16 Dekabr 2019, 16:34 AvroLiqada 1/16 finalın püşkü atıldı - RƏQİBLƏR 16 Dekabr 2019, 16:32 Qarabağın azərbaycanlı icması Ermənistanın iddialarına CAVAB VERDİ 16 Dekabr 2019, 16:30 Paytaxtda 6 məktəb əsaslı təmir olunub, 2 məktəbin korpusları inşa edilib 16 Dekabr 2019, 16:25 Nazirlik qanunsuz balıq ovu ilə bağlı reydlərə başladı 16 Dekabr 2019, 16:19 Bakı məktəblərinə işə qəbul olunanların sayı AÇIQLANDI 16 Dekabr 2019, 16:18 Hafiz Hacıyevdən İqbal Ağazadəyə seçki İTTİHAMI: “Elə bilirlər ki, mandat alma-armuddur...” 16 Dekabr 2019, 16:14 Bakıda 18 direktor işdən çıxarılıb - RƏSMİ 16 Dekabr 2019, 16:11 Putin Davos forumuna qatılmayacaq 16 Dekabr 2019, 16:05 Ərdoğan türk ordusunu bu səbəbdən Liviyaya göndərmək İSTƏYİR 16 Dekabr 2019, 16:05 Lənkəranın “Sitrus vadisi” diplomatları valeh etdi - FOTO 16 Dekabr 2019, 16:02 QHT Şurası qrant müsabiqəsinə sənəd qəbulunun müddətini UZATDI 16 Dekabr 2019, 16:02 BMU-nun yeni saytı istifadəyə verilib 16 Dekabr 2019, 15:59 Ordumuzun bölmələri qış mövsümünə tam hazırdır - VİDEO 16 Dekabr 2019, 15:53 Qaregin Njde və onun Tseqakron” təlimi 16 Dekabr 2019, 15:49 “Yağış suları artsa da, artmasa da onu üstünlüyə çevirmək mümkündür” – ŞƏRH 16 Dekabr 2019, 15:43 Binəqədidə seçicilərlə görüş keçirilib - FOTO 16 Dekabr 2019, 15:42 İnsan alverinə qarşı mübarizə üzrə üç video çarx hazırlanıb   16 Dekabr 2019, 15:39 Goranboy-Tərtər yolunda niyə radar quraşdırılmır? - DYP-dən AÇIQLAMA 16 Dekabr 2019, 15:38 Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR 16 Dekabr 2019, 15:35 “Azəriqaz”dan Uşaq İnkişaf Mərkəzindəki partlayışla bağlı AÇIQLAMA 16 Dekabr 2019, 15:32 Universitet tələbəsi dünya kubokunun qalibi oldu 16 Dekabr 2019, 15:10 “Nəsiminin dünyaya gəldiyi məkan bəlli deyil” - MÜSAHİBƏ   16 Dekabr 2019, 15:08 Türkiyə parlamenti TÜRKPA-ya sədrliyi Milli Məclisə verəcək 16 Dekabr 2019, 15:00 AzTV yayım formatını dəyişir 16 Dekabr 2019, 14:54 “Azəriqaz” iddiaları rədd etdi - “Həmin qaz xətlərinin Mərkəzlə əlaqəsi yoxdur”   16 Dekabr 2019, 14:51