Modern.az

Azay Quliyev gələn il ücün QHT-lərə ayrilacaq büdcəylə bağlı danışdı

Azay Quliyev gələn il ücün QHT-lərə ayrilacaq büdcəylə bağlı danışdı

28 Oktyabr 2009, 10:48

2010-cu ilin büdcə zərfində ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədilə dövlət büdcəsindən 2.8 milyon manat vəsait nəzərdə tutulub.

Millət vəkili, Prezident Yanında Qeyri Hokumət Təşkilatlarının İnkişafına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Modern.az saytına bildirib ki, bu, böyük bir rəqəm deyil: “Prezident Yanında Qeyri Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının gələn il üçün nəzərdə tutulan büdcəsi təxminən 2009-ci ildəki büdcə ilə eynidir. Elə bir artım yoxdur”.

Bunula belə Şura rəhbəri hesab edir ki, dünyanı bürüyən iqtisadi böhran fonunda milli QHT-lərin inkişafı ilə bağlı büdcədə azalmanın olmaması böyük göstəricidir: “Təbii ki, biz QHT-lərə ayrılan vəsaitin çox olmasını istərdik. Keçən ilin statistikası onu göstərdi ki, QHT-lərin illik ehtiyacı təxminən 10-15 milyon manat arasında dəyişir. Ümid edirik ki, gələcəkdə QHT-lərə ayrılacaq vəsait bu rəqəmə çatdırılacaq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir