Modern.az

“Avropanın donor qurumları Azərbaycanın vətəndaş çəmiyyətinə diqqət ayırmalıdırlar”

“Avropanın donor qurumları Azərbaycanın vətəndaş çəmiyyətinə diqqət  ayırmalıdırlar”

29 Oktyabr 2009, 11:41

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və Media Hüquqları Mərkəzinin (MHM) təşkilatçılığı ilə “Azərbaycanın Avropaya İnteqrasiya Prosesində vətəndaş cəmiyyətinin rolu” movzusunda tədbir keçirilib. Tədbirdə spikerlər Prezident Yanında QHT-lərə Dövlət Dəsətyi Şurasının icraçı katibi Fərasət Qurbanov və ACİ-YF-nin Azərbaycan nümayəndəliyinin icraçı direktoru Fərda Əsədov olub. Medianın və vətəndaş cəmiyyəti qurumları nümayəndələrinin də qatıldığı tədbirdə  MHM-in rəhbəri Mətanət Müslümqızı bildirib ki, bu gün cəmiyyətimizin inkişaf etməsində fəal iştirak edən vətəndaş vəmiyyəti institutları Azərbaycanın Avropaya inteqrsaiya prosesində aktiv fəaliyyət göstərirlər. Bu baxımdan müzakirənin və spikerlərin də seçilməsi təsadüfi deyil.

Sonra sipekrlər mövzu ətrafında mövqelərini açıqladırlar. F.Qurbanov bildirib ki, təmsil etdiyi qurum Avropaya inteqrasiya prosesində QHT-lərlə fəaliyyətinə yenicə start verib: “Biz ACİ-YF-in bizə təklif etdiyi bir neçə məsəsənin içərisindən məhz Azərbaycanın Avropaya inteqrasiyasını seçdik. Çünki cəmiyyətimizin inkişafında gerçəkdən maraqlı olan bir qurum olaraq bu istiqamətdə aparılan işlər sürətləndirilməli, inkişaf etdirilməlidir. İkinci tərəfdən, biz Azərbaycanın Avropaya inteqrasiya məsələsində QHT-lərə dəstək olmaqda yaxın gələcəkdə daha çox işlər görməyi də planlaşdırırıq. Bu işi digər beynəlxalq donor təşkilatlarla əməkdaşılığı artırmaqla davam etdirməyi nəzərdə tuturuq”.

ACİ-YF-nin Azərbaycan nümayəndəliyinin icraçı direktoru Fərda Əsədov bildirib ki, təmsil etdiyi qurum Avropaya inteqrasiya prosesində artıq bir neçə ildir ki, fəaliyyət göstərir: “Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarının bir çox təmsilçiləri bizim yaratdığımız “Avrointeqrasiya Azərbaycan Milli Komitəsi”ndə artıq fəaliyyət göstərirlər. Bu təşkilatlar Avropa dəyərlərinin öyrənilməsi, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin aparılması, eyni zamanda, Avropa təşkilatları ilə qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi istiqamətində iş aparırlar”.

Sonra spikerlər media və QHT nümayəndələrinin suallarını cavablandırıblar. Müzakirələrdə əsas diqqət donorlarla vətəndaş cəmiyyətinin məhz Avropaya inteqrasiya prosesindəki fəaliyyətinə yönəlib. Səsləndirilən suallarda bu istiqamətdə QHT-lərə dəstəyin müxtəlif istiqamətlərindən söz açılıb. F.Qurbanov bildirib ki, Avropa Komissiyasına təmsil etdiyi qurumdan birgə əməkdaşlığa dair edilən müraciətə müsbət cavab alınmayıb: “Biz bu günə qədər də onlardan bu məsələyə rəsmi cavab almamışıq. Amma hesab edirəm ki, Avropanın donor qurumları bu istiqamətdə Azərbaycanın vətəndaş çəmiyyəti qurumlarına daha çox diqqət ayırmalıdırlar. Təəssüf hissi ilə qeyd edirəm ki, Avropa Komissiyasının Azərbaycan QHT-lərinə 2009-cu ildə ayırdığı qrantlar haqqında geniş ictimaiyyətə çox az məlumat verilir. Şəffaflıq bütün təşkilatlar üçün prioritet olmalıdır”.

Öz növbəsində Fərda Əsədov qeyd edib ki, Avropa dəyərlərini mənimsəməkdə bu gün cəmiyyətdə heç də birmənalı fikir yoxdur: ”Hələ də bəzi insanlar hesab edirlər ki, biz Avropa dəyərlərini mənimsədikdə öz dəyərlərmizdən uzaq düşəcəyik. Bi isə ondan xəbər verir ki, Avropaya inteqrasiya prosesində görüləsi hələ çox iş var. QHT-lərin də üzərinə bu istiqamətdə çox məsuliyyət düşür. Ona görə də, hesab edirəm ki, cəmiyyətin inkişaf etməsi üçün biz demokratikləşmə, dünyaya inteqrasiya prosesində QHT-lərin rolunun artırılmasına dəstək olmalıyıq”.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir