Modern.az

8 yaşlı qız bruselyozdan dünyasını dəyişib

8 yaşlı qız bruselyozdan dünyasını dəyişib

21 Sentyabr 2016, 00:57

Şirvanda 8 yaşlı qız bruselyozdan ölüb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bruselyoz xəstəliyinə yoluxması ehtimal olunan Şirvan sakini, 2008-ci il təvəllüdlü Məmmədova Minar Ruslan qızı vəziyyəti ağırlaşdığından Şirvan şəhər xəstəxanasına aparılıb. Həkimlər azyaşlının xəstəxanaya artıq keçinmiş vəziyyətdə daxil olduğunu bildiriblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ