Modern.az

“Əmək haqları, pensiyalarla bağlı göstərişlər 100 faiz icra olunacaq”

“Əmək haqları, pensiyalarla bağlı göstərişlər 100 faiz icra olunacaq”

29 Sentyabr 2016, 12:57

2017-ci il üçün büdcə layihəsində gəlirlər 15955000,0 min manat, xərclər isə 16600000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlər 15312619,0 min manat, yerli gəlirlər 642381,0 min manat, mərkəzləşdirilmiş xərclər 15881730,0 min manat, yerli xərclər 718270,0 min manat) məbləğində nəzərdə tutulub.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, büdcənin gəlir və xərclər hissəsində edilən dəyişiklik gözlənilən idi:

 

“Çünki, neftin qiymətindən kəskin enmə var. Buna görə də, büdcənin həm gəlir, həm də xərclər hissəsində azalmalar var.

Maliyyə naziri Samir Şərifovun verdiyi məlumata əsasən deyə bilərəm ki, sosial layihələrlə bağlı heç bir problem yoxdur. 2017-ci ildə müəyyən investisiya layihələrinin təxirə salınması baş verə bilər.

 

Sosial layihələr, əmək haqqı, pensiyalar, sosial müavinətlə bağlı göstərişlər 100 faiz yerinə yetiriləcək”.

 

V.Əhmədov deyib ki, gələn ilin büdcəsinin icrasında kəsirin yaranması gözləniləndir.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi