Arxiv
3 Oktyabr 2016, 14:10 | HADİSƏ
Məhərrəmlikdə "toy davası” BAŞLADI

 

Bu gündən etibarən Məhərrəm ayı başlayıb. Bu ayın başlanması ilə də Azərbaycanda ənənəvi olaraq “toy edəkmi, etməyəkmi” sualı ətrafında müzakirələrə start verilib.

 

İllərdir vahid cavabını tapmayan suallarla bağlı Qafqaz müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli və ilahiyyatçı Elşad Miri Modern.az-a açıqlamalarında bir-birinə zidd fikirlər səsləndirib.

 

“Yaxınını itirən toy havasında olmaz”

 

QMİ rəsmisi Hacı Şahin deyib ki, Məhərrəm ayında toy, şadlıq mərasimlərinin keçirilməsi qadağa və əmr çərçivəsindən kənarda olan məsələdir:

 

“Bu qəlblə bağlıdır. Bu ay İmam Hüseyn əleyhissəlamın şəhid olduğu aydır Məsumlar tərəfindən bu ayda bizə əzadarlıq və matəm əhval-ruhiyyəsində olmaq tövsiyə olunur. Şəriət nöqteyi-nəzərindən toy mərasimlərinin keçirilməsi qadağan olunmayıb. Amma bilirik ki, yaxın adamını itirən bir şəxs bayram etməz.

 

Bu əzadarlığı xalqımız əsrlər boyu yaşadır və adətdir ki, Məhərrəm, Səfər aylarında toy edilməyib. Azərbaycanda məzhəbindən asılı olmayaraq hər kəs buna əməl edir. Ona görə də hesab edirəm ki, bu məsələ ilə bağlı əmr və qadağaların olması zəruri deyil.

İmam Hüseynin və Kərbəla şəhidlərinin ruhuna hörmət əlaməti olaraq vacibdir ki, bu iki ayda toy və şadlıq mərasimləri keçirilməsin”.

 

“Bu ayda şadlıq edənlər haqq yolunu azıb”

 

Ş.Həsənli insanlar arasında yayılan “Məhərrəm ayında toy etsəm, xoşbəxt olmaram” kimi fikirlərə də münasibət bildirib:

 

“Hədislərdə qeyd olunur ki, Aşura günü sevinən, şadlıq edən şəxslər həqiqət yolunda olmayanlardır. İmam Hüseyn və Kərbəla şəhidlərinin düşmənləri onların qətlindən sonra bayram etdilər. Ona görə də bəşər tarixində misli görünməmiş faciənin baş verməsi zamanı şadlıq mərasimi keçirmək düzgün deyil və insanların burada ehtiyat etməsi təbiidir”.

 

“İstəyən Məhərrəm ayında toy etsin”

 

İlahiyyatçı Elşad Miri isə Hacı Şahinin əksinə olaraq bu ayda toy keçirilməməsinə qarşı çıxıb:

 

““20 Yanvar” da bizim çox sayda insanımız qətlə yetirilib və şəhid olub. Həmin gün ölkəmizdə hüzn kimi qeyd olunur. Əgər bütövlükdə yanvar ayında toy keçirilirsə, Məhərrəm ayında nədən keçirilməsin?!

 

Bundan başqa Məhəmməd peyğəmbərimizdən əvvəl Zəkəriyyə peyğəmbər, Yəhya peyğəmbərlər olub. Allah onların öz xalqı tərəfindən qətlə yetirildiyini bildirir.

O zaman sual edirəm: Məhəmməd peyğəmbərin Zəkəriyyə peyğəmbərin öldürülməsilə bağlı bircə dənə əmr, göstəriş, xahişi, tövsiyəsi varmı? Xeyr, yoxdur. İslam dini 632-ci ildə Peyğəmbərin vəfat etməsi ilə Allahın insanlara göndərdiyi elçilik missiyası, Qurani-Kərim tamamlanıb. Bundan sonra gələnlər sadəcə tarixdir. İstəyən toyunu etsin, istəməyən etməsin. Edənə də, etməyənə də hörmətlə yanaşmaq lazımdır. Bu hansısa dini vacibatdan irəli gəlmir”.

 

“Bunlar sadəcə uydurmalardır”

 

E.Miri deyib ki, Məhərrəm ayında insanların toy etməkdən çəkinməsini doğru saymır.

 

“Qorxulması gərəkən şey insanlara zərər verməkdir. Çünki, İslamda da belə şeylər yoxdur. Filan günü filan şey etmək olmaz, toy etmək olmaz, filan gün yola çıxsan ayağına tikan batacaq və s. Bu, bürclər, fallarla məşğul olanların uydurması və sadəcə əsası olmadan ortaya atılan iddialardır”.

 

Gülşən RAUFQIZI

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50 Conson Avropa İttifaqından xahiş etdi 20 Oktyabr 2019, 09:27 Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 20 Oktyabr 2019, 09:14 Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıldı 20 Oktyabr 2019, 00:17 Əli Kərimli sərbəst buraxılıb 19 Oktyabr 2019, 23:58 Kuba prezidenti Bakıya səfər edir 19 Oktyabr 2019, 23:32 NASA-dan xəbərdarlıq: Yerə iri asteroid  yaxınlaşır 19 Oktyabr 2019, 23:15 Braziliya sularına 100 tondan çox neft sızıb 19 Oktyabr 2019, 22:54 Bəndin uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:14 Mətbuat Şurası mitinqdə jurnalistlərin işinin monitorinqini aparıb 19 Oktyabr 2019, 21:47 “Barış çeşməsi”  kimləri susuz qoyacaq? - TƏHLİL 19 Oktyabr 2019, 21:26 Sumqayıt sakini avtomobilində ölü tapıldı 19 Oktyabr 2019, 20:58 Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq 19 Oktyabr 2019, 20:37 Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı 19 Oktyabr 2019, 20:22 “Xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi cinayət məsuliyyəti doğuran haldır” - Əli Həsənov 19 Oktyabr 2019, 20:03 Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” 19 Oktyabr 2019, 18:02 14 marşrut xəttinin hərəkət sxemi bərpa edildi 19 Oktyabr 2019, 17:59 Böyük Britaniya parlamenti Brexit müqaviləsini səsverməyə çıxarır 19 Oktyabr 2019, 17:49 Milli Şuranın mitinqində 60 nəfər saxlanılıb - RƏSMİ 19 Oktyabr 2019, 17:36 Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladı 19 Oktyabr 2019, 17:30 Əli Əhmədov: “Sanki onlar insanların rahatlığını pozmaqdan həzz alırlar” 19 Oktyabr 2019, 17:18